\
26 Aprel 2024 - Cümə

MN: Ermənistan silahlı qüvvələri Gədəbəy istiqamətində mövqelərimizi atəşə tutub

MN: Ermənistan silahlı qüvvələri Gədəbəy istiqamətində mövqelərimizi atəşə tutub
1553baxış

İyulun 9-da saat 21:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu ərazisində yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Mediapress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.