\
23 Noyabr 2024 - Şənbə

Paşinyan köməkçisini Qarabağa göndərir

Paşinyan köməkçisini Qarabağa göndərir
1559baxış

Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan köməkçisi Qagik İsaxanyanı Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına dörd günlük “işgüzar səfər”ə göndərəcək.

Axar.az xəbər verir ki, müvafiq qərar Ermənistan hökumətinin saytında dərc edilib.

Sənəddə qeyd olunur ki, Qagik İsaxanyanın 12-15 iyul tarixlərində Xankəndiyə gedəcək.

“Xankəndidən qayıtdıqdan sonra baş nazirin köməkçisi üç gün ərzində nəticələr barədə hesabat təqdim etməlidir”, - deyə bildirilib.