\
20 Aprel 2024 - Şənbə

Qarabağ qazisini maşın vuran sürücü hadisə yerindən qaçıb - Tağızadə Elvinin vəziyyəti ağırdır - FOTOLAR

Qarabağ qazisini maşın vuran sürücü hadisə yerindən qaçıb - Tağızadə Elvinin vəziyyəti ağırdır - FOTOLAR
2301baxış
Mediapress.az-ın məlumatına görə, 11 iyul axşam saatlarında 1998-ci il Təvəllüdlü Tağızadə Elvin Alik oğlu yol-nəqliyyat hadisəsində ağır yaralanıb. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb. Hər iki ayağında qırıqlar meydana gəlmiş zərərçəkən 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Qaziyə ilkin tibbi yardım göstərilib. Hazırda müalicəsi “Bakı sağlamlıq mərkəzi”ndə davam etdirilir.
 
Qeyd edək ki, Tağızadə Elvin Alik oğlu “İkinci Qarabağ müharibəsi” qazisidir və “Xocavəndin azad olunmasına görə “, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.