\
23 Noyabr 2024 - Şənbə

Erməni ekspert: Türk kəndinin adını erməniləşdirmişik

Erməni ekspert: Türk kəndinin adını erməniləşdirmişik
1521baxış

Azərbaycanla sərhəddə Verin Şorja kəndinin adını erməniləşdirməliyik.

Axar.az xəbər verir ki, bunu erməni siyasi ekspert Vardan Voskanyan öz Feysbuk səhifəsində paylaşıb. O, kəndin adındakı “Şorca” sözünün türk dilindən götürüldüyünü və “duzlu” mənasını ifadə etdiyini bildirib:

“Bu, Göyçəni Sevan adlandırmağımıza bərabərdir. Biz bu toponimi yenidən erməniləşdirməliyik”.

Qeyd edək ki, 1995-ci ilə qədər bu kəndin adı Yuxarı Şorca olub. Kənd əhalisi 1988-ci ildə öz yurd-yuvasından qovulub.