Müdafiə naziri qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi barədə tapşırıq verib
1507
Bu gün Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə müdafiə naziri general-polkovnik Zakir Həsənov döyüş planlarının dəqiqləşdirilməsi, intensiv təlim və məşqlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi və yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi barədə tapşırıqlar verib.
Bu barədə KİV-ə Müdafiə Nazirliyindən bildirilib.
Nazir, həmçinin döyüş və maddi-texniki təminat məsələlərinə diqqətin artırılmasını da tələb edib.