Qarabağda erməni terrorçu özünü partlatdı
zərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgəsindəki qanunsuz erməni silahlı birləşməsinin əsgərinin meyiti tapılıb.
Axar.az erməni mətbuatına istinadla xəbər verir ki, 1998-ci ildə anadan olmuş Parqev Markaryanın meyiti qanunsuz olaraq hələ də Azərbaycan ərazisində qalmaqda davam edən "hərbi hissə"dən 2,5 km aralıda aşkarlanıb.
***
Parqev Markaryanın üstündəki qumbara ilə özünü partladaraq öldürdüyü ehtimal olunur.
Bu barədə Ermənistan İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, onun meyiti "dislokasiya yeri"ndən 1,5 km aralıda sağ biləyi qopmuş, döş və qarın boşluğu yaralanmış halda tapılıb.
İstintaqın versiyasına görə, o, bütün xəsarətləri qumbaranın partlaması nəticəsində alıb.
Qeyd edək ki, 10 noyabr bəyanatına görə erməni hərbçiləri Azərbaycan ərazisindən çıxmalıdır. Hələ də Azərbaycan ərazisində qalan erməni hərbçilər isə qanundankənardır və terrorçu sayılır.