\
26 Aprel 2024 - Cümə

Həlak olan hərbi qulluqçu dəfn edilib

Həlak olan hərbi qulluqçu dəfn edilib
1481baxış

Azərbaycan Silahlı Qüvvələrinin həlak olan hərbi qulluqçusu Oğuzda dəfn edilib.

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə nəticəsində həlak olan leytenant İlqar Rüfət oğlu Babayev rayonun Calut kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, R.Babayevin dayısı 1978-ci il təvəllüdlü Saməddin Əmrahov da Vətən müharibəsində Murovdağ-Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!

Mediapress.az