\
23 Noyabr 2024 - Şənbə

Azad edilən ərazilərdə minaya düşərək ölən və yaralananların - STATİSTİKASI

Azad edilən ərazilərdə minaya düşərək ölən və yaralananların - STATİSTİKASI
1562baxış
Baş Prokurorluq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaya düşərək həlak olan və xəsarət alan mülki şəxslərin sayını açıqlayıb.
 
Baş Prokurorluğun Mətbuat Xidmətindən Mediapres.az-a -a verilən məlumata görə, 10 noyabr 2020-ci il tarixindən bu il avqustun 11-dək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 23 mülki şəxs həlak olub, 36 nəfər mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.