\
25 Aprel 2024 - Cümə axşamı

Ermənistan MN-nin anbarında yanğın olub

Ermənistan MN-nin anbarında yanğın olub
1553baxış
Ermənistan Müdafiə Nazirliyinin İrəvanın mərkəzində yerləşən anbarlarından birində yanğın baş verib.
APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, yanğın avqustun 11-də saat 18:38-də qeydə alınıb və hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Təcili Xilasetmə Xidmətinin altı yanğınsöndürmə və xilasetmə qrupu göndərilib.
 
Hadisə nəticəsində N saylı hərbi hissənin ərazisində təxminən 2,5 hektara yaxın ot örtüyü, 150 pəncərənin taxta çərçivələri və 15 ədəd şalban yanıb.