\
26 Aprel 2024 - Cümə

Kəlbəcərdə həlak olmuş hərbçilər dəfn edilib

Kəlbəcərdə həlak olmuş hərbçilər dəfn edilib
1569baxış

əlbəcərdə avtomobil qəzası zamanı həlak olan hərbi qulluqçumuz dəfn olunub.

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, çavuş Cəfərov Anar Müstəqim oğlu dəfn edilib.

Müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu ilə vida mərasimi ailəsinin yaşadığı Yevlax rayon Gülövşə kəndində keçirilib.

Mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak ediblər.

Vida mərasimindən sonra, A.Cəfərov Gülövşə kənd qəbristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!