Paşinyana hakim partiyanın oliqarxları, narazı generalları və milli azlıqları səs veriblər
Bu gün Ermənistan parlamentinin qərarı və prezidentin fərmanı ilə iqtidara gətirilən inqilabçıların lideri Nikol Paşinyan ətrafında söz-söhbət davam etməkdədir. Onlardan biri də odur ki, hakim Respublika partiyasından olan hansı deputatlar onun lehinə səs veriblər.
Mediapress.az News.am-ın məlumatına əsasən xəbər verir ki, hakim partiyanın cəmi 13 üzvü Paşinyanın xeyrinə səs verib. Olar cəmiyyətdə oliqarxlar, narazı generallar və milli azlıqlar kimi tanınmış millət vəkilləridir.
Qeyd edək ki, hakim partiyadan olan cəmi bir deputat – Feliks Çolakyan 1 may seçkilərində də Paşinyanın lehinə səs vermişdi.
Xatırladaq ki, müxalifətin lideri, “Çıxış” parlament fraksiyasının rəhbəri Nikol Paşinyan bugünkü növbədənkənar toplantıda baş nazir vəzifəsinə irəli sürülmüş yeganə namizəd olub. Səsvermədə hakim partiyadan 59 deputat iştirak edib ki, bu da yetərsay kvotasından 6 nəfər çoxdur. Adıçəkilən namizədin əleyhinə respublikaçılardan 42 deputat, lehinə isə 13 deputat səs verib.