Əsgər yoldaşları tərəfindən döyülüb, sonra güllələnərək öldürülüb - Ermənistan ordusunda rəzalət
1718
Bu ilin 6 may tarixində cəbhə xəttində meyiti tapılan əsgər Levon Torosyanın intihar etdiyi barədə xəbər yayılıb. Lakin mərhumun qohumları buna inanmırlar.
Əsgərin əmisi Armen Trosyanın NEWS.am-a verdiyi açıqlamada bildirilir ki, Levonu döyüblər, sonra isə qətlə yetiriblər. “Məhkəmə tibbi ekspertiza rəy verib ki, Levonun daxili orqanları zədələnib və bədənində çoxlu qançırlar var. Demək, kimlərsə onu küt alətlə döyüb. Sonra başqa bir yerdə güllələyib xəndəyə atıblar”, - deyən əsgər əmisi mərhumun ölən günü valideynləri ilə danışdığını və heç nədən şikayəti olmadığını bildirərək əlavə edib: “O, intihar edə bilməzdi, biz həqiqəti üzə çıxarana qədər mübarizə aparacağıq”.