\
24 Oktyabr 2024 - Cümə axşamı

Ermənistanın yeni müdafiə naziri məlum olub

Ermənistanın yeni müdafiə naziri məlum olub
1672baxış

Ermənistanın yeni müdafiə nazirinin kimliyi məlum olub.

Baş nazir Nikol Paşinyan bu vəzifəyə fövqəladə hallar naziri səlahiyyətlərinin icraçısı David Tonoyanın təyin olunacağını açıqlayıb. "Deyə bilərəm ki, David Tonoyan bu gün müdafiə naziri təyin olunacaq", - deyə N. Paşinyan hökumətin iclasından sonra bildirib.

Xatırladaq ki, müdafiə naziri Vigen Sarkisyan mayın 8-də vəzifəsindən istefa verib. O, 2016-cı ilin oktyabrından bu vəzifədə çalışırdı. (apa)

Mediapress.az