\
23 Noyabr 2024 - Şənbə

Erməni terrorçuları Rusiya səfirliklərini partlatmaqla hədələyirlər

Erməni terrorçuları Rusiya səfirliklərini partlatmaqla hədələyirlər
1431baxış

Ümumerməni Sasna Tsrer Partiyasının radikal qanadının nümayəndəsi Vahagn Avagyan bildirib ki, bu gün Şuşa yaxınlığında azərbaycanlı hərbçilərə və Rusiya sülhməramlılarına qumbara ataraq rusiyalılar tərəfindən saxlanılan terrorçu Rusiya tərəfindən Azərbaycana təhvil verildiyi təqdirdə Rusiyaya qarşı hücumlar təşkil edəcəklər.

“Report” "Telegram"dakı erməni kanallarına istinadən xəbər verir ki, V.Avagyana görə, “Rusiya terrorçu Norayr Mirzoyanı Azərbaycana versə, növbəti qumbaralar Rusiya qoşunları və səfirliklərinə tərəf atılacaq”.

Ümumiyyətlə, Ermənistanda terrorçuların nəinki sərbəst dolaşdığını, hətta az qala "milli qəhrəman" adına layiq görüldüyünü nəzərə alaraq Rusiya hökuməti “strateji müttəfiq”ləri tərəfindən gələn bu kimi siqnallara ciddi yanaşmalıdır.

Xatırladaq ki, bu partiyanın üzvləri 2016-cı ildə Yerevanda girov götürərək xeyli səs-küy salmışdılar. Həmin terrorçular məhkəmə tərəfindən girov götürmək, girovları öldürmək, qanunsuz silah gəzdirmək və oğurlamaq maddələri ilə təqsirli biliniblər.