\
27 Sentyabr 2024 - Cümə

Ermənistan ordusu Tovuz istiqamətindəki mövqelərimizi atəşə tutdu

Ermənistan ordusu Tovuz istiqamətindəki mövqelərimizi atəşə tutdu
1437baxış

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.