\
27 Sentyabr 2024 - Cümə

Şəhid Murad Xəlilov dəfn edilib

Şəhid Murad Xəlilov dəfn edilib
1504baxış

Noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində şəhid olan Murad Xəlilov  dəfn edilib. 

O, Şəmkir Şəhidlər xiyabanında böyük izdihamla son mənzilə yola salınıb. 

Dəfn mərasimində Şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və qazilər və sakinlər iştirak ediblər.

Şəhidin xatirəsinə yaylım atəşi açılandan sonra onun nəşi torpağa tapşırılıb.