\
28 Noyabr 2021 - Bazar günü

Ermənistan itkilərinin sayını açıqladı

Ermənistan itkilərinin sayını açıqladı
1154baxış

Azərbaycanla sərhəddə 16 noyabrda baş verən qarşıdurma nəticəsində ölən erməni hərbçilərin sayı 6-ya çatıb.

 
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik ölənlərin adlarını da açıqlayıb: baş leytenant Taron Saakyan, Merujan Arutyunyan, Qurgen Sərkisyan, Artur Martirosyan, David Amiryan. Daha bir nəfərin isə şəxsiyyəti müəyyənləşdirilir.
 
Qeyd edək ki, bundan öncə Ermənistan MN 1 hərbçinin öldüyünü, 24-nün itkin düşdüyünü (meyitini tapmadıqlarını), 13 hərbçinin isə əsir düşdüyünü bildirmişdi. Yaralıların sayı rəsmi açıqlanmasa da, erməni hərbi mənbələri 40-dan çox yaralı olduğu haqda məlumat yaymışdılar.