\
25 Noyabr 2024 - Bazar ertəsi

Serj Sarkisyan yeni baş naziri necə devirəcək?! - Ermənisayağı plan

Serj Sarkisyan yeni baş naziri necə devirəcək?! - Ermənisayağı plan
1811baxış

Dünən Ermənistanda Serj Sarkisyanın sədrliyi ilə Respublika partiyasının icra orqanının toplantısını keçirib. Mediapress.az News.am-a istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti xəbər yayıb.

Xəbərdə bildirilir ki, Serj Sarkisyan partiyadaşlarına bir neçə tapşırıq verib. Tapşırıqlar sayca çoxluqda olan parlament fraksiyasındakı müxalifət mövqeyini müəyyən edib. Sabiq ölkə başçısı konstruktiv müxalifət olmaq, azlıqda olan yeni iqtidara qarşı hörmətsizlik etməmək, yeni hökumətə maneçilik törətməmək kimi göstərişlər verib.

Daha sonra S.Sarkisyan parlamentin Respublika partiyasından olan sabiq vitse-spikeri Ermine Naqdalyanı tənqid edib. Daha doğrusu, vitse-spikerin 8 mayda baş nazir seçkisi günü parlamentə gəlmədiyini qınayaraq deyib: “Naqdalyan parlamentə gəlib Paşinyanın əleyhinə də səs verə bilərdi. Səhhəti ilə bağlı ABŞ səfərini bir gün təxirə sala bilərdi”.

Medipress.az xəbər verir ki, analitiklərin fikrincə, parlamentdə sayca çoxluqda olan Respublika partiyası N.Paşinyana qarşı məkrli plan hazırlayır. Bu plana əsasən yeni hökumətin qəbul etmək istəyəcəyi qanunlar müxalifət partiyası tərəfindən maneələrlə müşahidə olunacaq. Baş nazir xarici siyasətdə dəyişiklik etməyəcəyi üçün ölkədəki böhranlı vəziyyət uzun müddət davam edəcək və N.Paşinyan xalqın etimadını itirməyə başlayacaq. O vaxta qədər Respublika partiyasının yeganə məqsədi parlamentdəki çoxluğu qoruyub saxlamaq olacaq. Bu planın rəsmi Moskva ilə razılaşdırıldığı deyilir.