\
27 Sentyabr 2024 - Cümə

Şuşada yeni məktəbin tikintisinə başlanılıb

Şuşada yeni məktəbin tikintisinə başlanılıb
1428baxış

"Şuşa 1 nömrəli məktəbin layihələndirmə prosesi başa çatıb, tikintisinə başlanmaq üzrədir".

bunu jurnalistlərə Qarabağda tikiləcək məktəblərlə bağlı açıqlamasında Təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, bu prosesin 2022-ci ilin sonuna qədər başa çatacağı gözlənilir:

 

"Eyni zamanda, Ağdam və Cəbrayılda məktəblərin layihələndirmə prosesinə başlanılıb. Yaxın zamanlarda Füzuli şəhərində də məktəb tikintisi ilə bağlı addımların atılması gözlənilir".

 

Nazir deyib ki, bunlar çox ciddi və böyük prosesdir:

 

"Həmin bölgələrdə tikiləcək məktəb layihələri ən yaxşı layihələrdəndir. Həm Ağdam, həm də Şuşa məktəbi özünün müasirliyi, arxitektur inşaat xüsusiyyətlərinə görə ən müasir məktəblərimizdən olacaq".