Ermənistanın xarici işlər naziri dəyişdi - N.Paşinyanın yeni kadrı
1919
Ermənistanın yeni xarici işlər naziri bəlli olub.
Mediapress.az News.am-a istindən xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan fərman imzalayıb. Fərmanda deyilir ki, baş nazirin təklifi nəzərə alınaraq, Konstitusiyanın 150-ci maddəsinə əsasən Zöhrab Mnasakanyan xarici işlər naziri vəzifəsinə təyin olunsun.
Xatırladaq ki, Zöhrab Mnasakanyan bu təyinata qədər Ermənistanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.