3 məhkumluğu olan qadın kişini bıçaqladı, sərbəst buraxıldı - İrəvanda
1718
İrəvanda 12 may tarixində növbəti cinayət hadisəsi törədilib. Mediapress.az News.am-ın Shamsshyan.com-a istinadən yaydığı məlumata əsasən xəbər verir ki, yerli vaxtla saat 15:50 radələrində ərazi üzrə polis bölməsinə “Erebuni” tibb mərkəzindən naməlum bir kişinin yaralandığı haqda məlumat daxil olub.
Araşdırma zamanı məlum olub ki, 33 yaşlı Armen adlı şəxs münaqişə zəminində 39 yaşlı Kristine Tataraqulon tərəfindən bıçaqlanıb. İstintaq K.Tataraqulonun 3 dəfə məhkumluq həyatı yaşadığını bilsə də, şəhərdən çıxmamaq haqda yazılı iltizam almaqla onu sərbəst buraxıb.