Kəlbəcərdə erməni təxribatı ilə bağlı cinayət işi açıldı
1475
Kəlbəcərdə erməni təxribatı ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Mediapress.az -a verilən məlumata görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1998-ci il təvəllüdlü əsgər Ayaz Nəzərovun Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrinin icrası zamanı düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olması faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir.