MN Kəlbəcər və Laçında dislokasiya olunan qoşunların təminatı ilə bağlı məlumat yayıb
1448
Müdafiə Nazirliyi Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların təminatı ilə bağlı məlumat yayıb.
Nazirlikdən Mediapress.az-a bildirilib ki, hər iki rayonda dislokasiya olunan qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, o cümlədən mürəkkəb iqlim şəraitində döyüş növbətçiliyi çəkən bölmələrin fasiləsiz təminatının həyata keçirilməsi üçün nəzərdə tutulan yolların qar örtüyündən təmizlənərək daim işlək vəziyyətdə qalması məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunları tərəfindən fəaliyyətlər davam etdirilir.