Paşinyanı təhqir edən erməni 1000 dollar cərimələndi
1403
Ermənistanda baş nazir Nikol Paşinyan və Yüksək Texnologiyalar Sənayesi naziri Vaaqn Xaçaturyanı təhqir edən şəxs 500 min dram (1000 ABŞ dolları) cərimələnib.
Sözügedən şəxs 2021-ci ilin 20 sentyabrında polisə zəng edərək İrəvanda ictimai nəqliyyatın fəaliyyətindən narazılığını ifadə edib və bu zaman Nikol Paşinyan və Vaaqn Xaçaturyanın ünvanına seksual xarakterli təhqirlər səsləndirib. Bundan sonra barəsində araşdırma başladılan şəxs məhkəmənin qərarı ilə cərimələnib.