\
29 Mart 2024 - Cümə

Ermənilər Tovuz və Kəlbəcəri atəşə tutdu

Ermənilər Tovuz və Kəlbəcəri atəşə tutdu
1352baxış

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

 
Bu barədə Mediapress.az -a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub.
 
Fevralın 15-i saat 01:40 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz də atəşə tutulub: "Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb".