\
22 Noyabr 2024 - Cümə

“Ümid edirik ki, Araik Arutunyanın istintaqa cəlb edilməsi təmin olunacaq”

“Ümid edirik ki, Araik Arutunyanın istintaqa cəlb edilməsi təmin olunacaq”
1407baxış

“Ümid edirik ki, qısa müddətdə cinayət törətmiş hər bir şəxsin, o cümlədən Araik Arutunyanın və digərlərinin tutularaq istintaqa cəlb edilməsi təmin olunacaq”. Bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib.

Nemət Əvəzov bildirib ki, Vətən Müharibəsi zamanı Gəncə şəhərinə 4 dəfə terror hücumu olub, özünü qondarma rejimin "prezident"i kimi təqdim edən Araik Arutunyan sosial şəbəkə hesabında bunu öz üzərinə götürüb.

O qeyd edib ki, buna görə də onunla bağlı Cinayət Məcəlləsinin dövlətə xəyanət və digər maddələri ilə cinayət işi başlanılaraq axtarışa verilib.