\
25 Aprel 2024 - Cümə axşamı

Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb

Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
1426baxış

Xocavənddə silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mediapress.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının bugünlərdə rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni hərbi birləşmələrinə məxsus silah-sursat aşkar edilib.

Aşkar edilən 2 pulemyot, 1 avtomat, 1 “Faqot”, 98 müxtəlif çaplı mərmi, 6 290 müxtəlif çaplı patron və digər döyüş sursatı aidiyyəti üzrə təhvil verilib.