\
26 Aprel 2024 - Cümə

MN: Xocavənd istiqamətində mövqelərimiz atəşə tutulub

MN: Xocavənd istiqamətində mövqelərimiz atəşə tutulub
1359baxış

Azərbaycanın Xocavənd istiqamətində mövqeləri atəşə tutulub.

Azərbaycan Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 19-u saat 15:40-dan etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.