\
26 Aprel 2024 - Cümə

Ermənistan ordusunun hərbçisi ölü tapılıb

Ermənistan ordusunun hərbçisi ölü tapılıb
1400baxış

Ermənistan ordusunun hərbçisi ölüb. "Sputnik-Armeniya" ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Albert Siroyan (2002-ci il təvəllüdlü) martın 16-sı axşam saatlarında cənub-şərq istiqamətində yerləşən döyüş mövqelərindən birində ölü tapılıb.

Onun odlu silahdan açılan atəş nəticəsində həlak olduğu müəyyən olunub. Faktla bağlı araşdırma aparılır.