Seçilməmiş 6 millət vəkili parlamentdə - Ermənisayağı MSK qərarı - VİDEO
Bu gün Ermənistanda MSK-nın növbədənkənar toplantısı keçirilib. Toplantıda bu və ya digər səbəblərdən millət vəkili mandatından məhrum olmuş deputatların yerinə başqaları seçilmiş elan olunublar.
Mediapress.az New.am-ın məlumatına əsasən xəbər verir ki, Ermənistanın baş naziri vəzifəsinə seçilmiş deputat N.Paşinyanın yerinə seçki siyahısında “Çıxış” siyasi blokundan ən çox səs toplamış namizəd deputat mandatına sahib olacaq. Bu, Alen Simonyandır.
Daha sonra MSK sədri Tiqran Mukuçyan parlamentdəki digər kadr dəyişikliklərindən də danışaraq, yeni hökumətdə yer alan 3 deputatın dəyişildiyini bildirib.
Respublika və Daşnaksutyun partiyalarından olub deputatlıqdan istefa verən millət vəkillərinin yerinə də yeni təyinatlar olunub.
Xatırladaq ki, hər bir halda mandatı alınmış deputatların yerinə eyni siyasi blokdan daha çox səs toplamış namizədlər seçiliblər.