Toyuq damında boğazı kəsilmiş qadın meyiti tapıldı - Ermənistanda
1943
Ermənistanda xüsusi qəddarlıqla həyata keçirilmiş cinayət hadisəsi baş verib.
Mediapress.az NEWS.am-ın məlumatına əsasən xəbər verir ki, Tavuş vilayətinin Arsvaberd kəndində 49 yaşlı sakinin meyiti aşkar edilib. Kənd sakinləri polisə Marina Beqyan adlı qadının əri tərəfindən qısqanclıq zəminində qətlə yetirildiyini bildiriblər.
Belə ki, cütlük arasında qısqanclıq söz-söhbətləri səngimək bilmirdi. Rusiyada yaşayan oğlanları onları barışdırmaq üçün kəndə gəlib. Lakin 53 yaşlı atası Manvek Əsryan barışmaq yerinə 11 mayda arvadının boğazını kəsib və meyiti toyuq damında gizlədib.