Əsgər anaları, işsizlər hökumətə etiraz edirlər - Ermənistanda
1787
Bu gün Ermənistan hökumətinin qarşısına xeyli narazı vətəndaş toplaşıb.
Mediapress.az News.am-a istinadən xəbər verir ki, müxtəlif sosial qruplardan olan vətəndaşlar problemlərini səsləndirmək üçün bir araya toplaşıblar.
Etirazçılar arasında atəşkəs zamanı qətlə yetirilmiş əsgərlərin valideynləri də az deyil. Onlar etiraz əlaməti olaraq qara paltar geyiniblər. Əsgər analarından başqa “Nairit” zavodunun işsiz qalmış əməkdaşları və başqa işsizlər və taksiçilər də var.
Xatırladaq ki, Ermənistan hökumətinin yeni tərkibdə ilk iclası bu gün keçiriləcək.