\
5 Iyul 2022 - Çərşənbə axşamı

İrəvanda etirazlar: Avtobusun üstündə bayraq qaldıranı polislər yerlə sürüdülər - Video

İrəvanda etirazlar: Avtobusun üstündə bayraq qaldıranı polislər yerlə sürüdülər - Video
1335baxış

İrəvanda şəhərin müxtəlif yerlərində etiraz aksiyaları və yürüşlər keçirilir, yollar və küçələr müvəqqəti olaraq bağlanıb. Etirazçılardan biri İrəvandakı Razdan stadionunun yaxınlığında avtobusun üstünə çıxaraq Ermənistan bayrağını dalğalandırmağa başlayıb.

Deputat Aqnes Xamoyanın canlı yayımda verdiyi məlumata görə, polis həmin etirazçını yerə endirib və sürüməyə başlayıb. Buna cavab olaraq etirazçılar onu apara bilməmələri üçün polis avtobusunun yolunu bağlayıblar.

Nəticədə polislə etirazçılar arasında qarşıdurma yaranıb. Hüquq-mühafizə işçiləri hərəkatın qarşısını ala biliblər. Lakin müxalifətçi Levon Koçaryanın sözlərinə görə, avtobusun damına dırmaşan fəalı aradan çıxarmaq mümkün olmayıb.

Səhər saatlarından şəhərin müxtəlif yerlərində vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Fəallar İrəvanın mərkəzi küçələri ilə yürüş edir və bəzi hissələrdə müvəqqəti olaraq yolları bağlayırlar.

Mənbə: Sputnik Armeniya