\
20 Aprel 2024 - Şənbə

Ağdamda Daxili Qoşunların hərbçisi minaya düşdü

Ağdamda Daxili Qoşunların hərbçisi minaya düşdü
1728baxış

Ağdamda mina partlaması nəticəsində bir nəfər xəsarət alıb.

Mediapress.az APA-ya istinadən xəbər verir ki, hadisə Çəmənli kəndi ərazisində qeydə alınıb.

Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarovun minaya düşərək xəsarət aldığı bildirilir. O, hospitala yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən faktı təsdiq ediblər. Qeyd olunub ki, hərbi qulluqçu hospitala yerləşdirilib, müalicəsi davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Ağdam Hərbi Prokurorluğunda araşdırma başlayıb.