Daha bir erməni əsgəri postda intihar etdi - Müəmmalı qətl
1745
Bu gün Ermənistan ordusunda Hamlet Qriqoryan adlı daha bir əsgərin intiharı ilə bağlı cinayət işi açılıb.
Mediapress.az News.am-a istinadən xəbər verir ki, 20 mayda yerli vaxtla saat 11:00 radələrində 1999-cu il təvəllüdlü əsgər meyiti aşkar edilib. Ermənistanın İstintaq komitəsi bildirir ki, meyitin çənə nahiyəsində (içəridən) və kəllə nahiyəsində (hər iki tərəfdən) güllə deşikləri aşkar edilib. Əsgərin intihar etdiyi ehtimal olunur.
Ermənistan CM-nin 110-cu maddəsinin 1-ci bəndi üzrə (ölüm həddinə çatdırma) cinayət işi açılıb, araşdırma aparılır. Ekspertiza təyin olunub.