PKK-nın erməni qadın rəhbəri məhv edildi
1468
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında PKK terror təşkilatının liderlərinin zərərsizləşdirilməsi üçün növbəti uğurlu əməliyyat keçirib.
Bakupost.az xəbər verir ki, "Anadolu" agentliyi Türkiyənin təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən PKK terrorçularının liderlərindən olan "Berivan Zilan" ləqəbli Xədicə Xəzər Süleymaniyə şəhərində məhv edilib.
Xədicə Xəzər 1991-ci ildən terrorçuların sıralarındadır. Terrorçunun məhv edilməsində iştirak edən bir qrup MİT əməkdaşı Türkiyəyə qayıdıb.
Xədicə Xəzər 2004-cü ildə PJAK-ın (PKK-nın qadın qolu) Ermənistandakı dəstəsinə rəhbər təyin edilib. 2008-ci ildən İraqın şimalındakı Mahmur düşərgəsi ərazisində terrorçuların sıralarında olub, 2017-ci ildən isə Suriyada PJAK bölmələrinə rəhbərlik edib.
Öldürülən terrorçu Türkiyə Böyük Millət Məclisinin Xalqların Demokratik Partiyasından (HDP) Van vilayəti üzrə keçmiş deputatı Tuğba Xəzər Öztürkün böyük bacısı olub. Onların qardaşı 1998-ci ildə atişma zamanı türk hərbçiləri tərəfindən məhv edilib.