\
17 Avqust 2022 - Çərşənbə

MN: Ermənilər dezinformasiya yaymaq kimi əməllərindən əl çəkmir, feyk məlumatlar yayırlar

MN: Ermənilər dezinformasiya yaymaq kimi əməllərindən əl çəkmir, feyk məlumatlar yayırlar
1237baxış

"Azərbaycan Ordusunun itkisi barədə rəsmi məlumat verilməsinə baxmayaraq, ermənilər sosial şəbəkələrdə çirkin dezinformasiya yaymaq kimi əməllərindən əl çəkmir, feyk məlumatlar yayırlar".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, bütün bunlar onların daxili auditoriyasına hesablanmış addımlardır. Ermənistanın sosial şəbəkələrində yayılan bu tipli xəbərləri qəti şəkildə təkzib edirik", - MN-dən qeyd olunub.