Qarabağda separatçılar özlərini ağır yaraladılar
1572
Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin iki nümayəndəsi ehtiyatsızlıqdan ağır yaralanıb.
Bu barədə “Qafqazinfo” erməni mətbuatına istinadən xəbər verir.
Qeyd olunur ki, avqustun 8-də silahdan (partlayıcıdan) istifadə qaydalarının pozulması nəticəsində Qurgen Danielyan və Artur Aruşanyan xəsarət alıblar.
Yaralıların vəziyyəti ağır olaraq qiymətləndirilir.