\
22 Noyabr 2024 - Cümə

Ermənilər Laçını yandırır

Ermənilər Laçını yandırır
1603baxış

Azərbaycanda qeyri-qanuni məskunlaşan ermənilər Laçını tərk edərkən evlərə od vurmağa davam edirlər. Qeyd edək ki, bir neçə gün öncə Laçını tərk etməyə başlayan ermənilərin 30 il ərzində qanunsuz məskunlaşdıqları Azərbaycan ərazisindəki evləri, tikililəri yandırdığını, dağıtdığını, meşələrə, dağlara od vurduğunu əks etdirən növbəti video-görüntlər yayılıb.

Olayla bağlı Azərbaycanın Baş Prokurorluğu tərəfindən müvafiq cinayət işi açılıb.