Fərid Şəfiyev: “Artıq Laçın şəhəri Azərbaycanın nəzarətinə keçir”
1587
“Artıq Laçın şəhəri Azərbaycanın nəzarətinə keçir”.
Bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində təşkil edilən “Laçın: Post münaqişə dövrünün yeni mərhələsi” adlı dəyirmi masada BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib. Fərid Şəfiyev deyib ki, Laçın 1992-ci ilin mayında işğal olunub: “Şuşa və Laçının işğalı böyük faciə idi. Danışıqlar zamanı Laçının statusu xüsusi yer tuturdu. Vaxtaşırı vasitəçilər, beynəlxalq müşahidəçilər Laçın məsələsini gündəmə gətirirdilər”.
BMTM-in İdarə Heyətinin sədri qeyd edib ki, artıq Laçın Azərbaycanın nəzarətinə keçir. (apa)