Füzulidə 6 binanın tikintisinə 14 milyon manat xərclənəcək
1352
Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC Füzuli şəhərində 7, 8, 9, 10, 11 və 12 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi “Merkuri-İnşaat” və “Araz İnşaatçı” MMC-lərdir.
Qalib şirkətlərə 13,956 milyon manat ödəniləcək.(report)