\
26 Aprel 2024 - Cümə

Əllərində gül-çiçək əvəzinə, şəhid şəkli tutan birincilər... - Foto

Əllərində gül-çiçək əvəzinə, şəhid şəkli tutan birincilər... - Foto
1343baxış

Məlum olduğu kimi, bu gün Azərbaycanda 2022-2023-ci tədris ilinin ilk dərs günüdür.

“Qafqazinfo” xəbər verir ki, Bakı və Sumqayıtın bəzi məktəblərində ilk dərsə qədəm qoyan birincilər əllərində gül-çiçək yox, şəhid fotoları tutublar. Bu barədə birincilərin valideynləri sosial şəbəkələrdə paylaşımlar edib. 

Qeyd edək ki, rəsmi məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan ordusu tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən 50 hərbçimiz şəhid olub. Bu səbəbdən Elm və Təhsil Nazirliyi Azərbaycanın bütün ümumi təhsil müəssisələrində Bilik Günü ilə bağlı nəzərdə tutulan təntənəli tədbirləri ləğv edib.

Həmin fotoları təqdim edirik: