\
22 Oktyabr 2024 - Çərşənbə axşamı

Kərim Vəliyev ilə Şoyqu arasında telefon danışığı olub

Kərim Vəliyev ilə Şoyqu arasında telefon danışığı olub
1447baxış
Azərbaycan Ordusunun Baş Qərargah rəisi ilə Rusiya Federasiyasının müdafiə naziri arasında telefon danışığı olub. Sentyabrın 15-də Rusiya tərəfinin təşəbbüsü ilə bu ölkənin müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev arasında telefon danışığı olub. Tərəflər regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar və digər məsələləri müzakirə ediblər. Mediapress.az