\
24 Aprel 2024 - Çərşənbə

Ermənistanın zərərsizləşdirilən qadın hərbçiləri - Foto

Ermənistanın zərərsizləşdirilən qadın hərbçiləri - Foto
1304baxış

Ermənistan Azərbaycana qarşı sentyabrın 12 və 13-ü həyata keçirdiyi təxribat zamanı ölən erməni hərbçi qadınların sayını və adlarını açıqlayıb.

“Qafqazinfo” Ermənistanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunlar Susanna Qriqoryan, Anuş Apetyan, Alisa Melkonyan, İrina Qasparyan və Qayane Abqaryandır.

Ermənistan MN, həmçinin sözügedən qadınların fotolarını da yayıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan son açıqlamasında 135 erməni hərbçinin öldüyünü və çox sayda yaralının olduğunu etiraf edib.