Polis ermənilərin Azərbaycan səfirliyinin binası qarşısındakı aksiyasının qarşısını alıb - Tbilisidə
1440
Gürcüstanın paytaxtı Tbilisidə polis əməkdaşları Azərbaycanın səfirliyi qarşısında ermənilərin aksiya keçirməsinin qarşısını alıb.
“Report” “Aysor”a istinadən xəbər verir ki, məlumatı “Gürcüstanın erməni icması” təşkilatı yayıb.
Bildirilib ki, erməni icmasının nümayəndələri bundan sonra Gürcüstan Xarici İşlər Nazirliyinin binası qarşısına yürüş etməyə cəhd göstəriblər.
Təşkilatın sədri Artur Mirzoyan həbs edilib.