4 erməni əsgəri minaya düşdü, ikisinin ayağı kəsildi - 1 erməni əsgəri ölümcül vəziyyətdədir
Cəbhədə nisbi sakitlik hökm sürsə də, düşmən tərəfi təxribatlardan əl çəkmir. Belə bir kəşfiyyat-hücum xarakterli həmlələrin birində ermənilərin 4 əsgəri minaya düşüb. NEWS.am-ın məlumatına görə, cəbhənin şimal-şərq (qeyd: erməni tərəfdən) hissəsində müdafiə istehkamının yaxınlığında 4 əsgər minaya düşüb. Yaralılar Ermənistan müdafiə nazirliyinin Xankəndidəki mərkəzi hospitalına yerləşdiriliblər. Yaralılardan daha ağır olanı dərhal İrəvana göndərilib. Bu gün başqa bir yaralı da İrəvana yola salınıb. Hər iki əsgərin ayaqları amputasiya edilib (qeyd: kəsilib). N.Marukyan adlı yaralı ölümcül vəziyyətdədir.
Ermənistanın “Aykakan Jamanak (təcüməsi: Ermənistan zamanı) qəzetinin məlumatına görə, əsgərlər cari ilin 4 yanvar tarixində minaya düşüblər.