\
24 Noyabr 2024 - Bazar günü

Erməni cinayətkar dəstə büdcəyə 8 milyon ziyan vurdu - ABŞ-da

Erməni cinayətkar dəstə büdcəyə 8 milyon ziyan vurdu - ABŞ-da
1755baxış

Los-Anceles dairəsinin 5 sakininə tibdə sığorta fırıldaqları ilə bağlı istintaq başladılıb. Araşdırma zamanı aydın olub ki, onlardan 3-ü milliyyətcə ermənidir. Fırıldaqçı dəstənin rəhbəri də Qarri Cizmecan adlı ermənidir.

Mediapress.az «Los Angeles Daily News»-un məlumatına əsasən xəbər verir ki, Qarri Cizmecan, Marina Sarkisyan, Lusine İlangəzyan və daha iki nəfərin cinayət əməlindən büdcəyə 8 milyon dollar ziyan vurulub.    

Belə ki. fırıldaqçı dəstə müştərilərə təmənnasız kosmetik xidmət göstərməklə onların sığortaları barədə geniş məlumat toplayırdı. Bu məlumatlar əsasında klinikalar həmin sığorta şirkətlərinə hesab fakturalar göndərirdilər.

2012-2017-ci illər ərində cinayətkarlar müxtəlif klinikalar vasitəsilə sığorta şirkətlərindən 20 milyon pul tələb ediblər ki, onlardan 8 milyonunu ala biliblər.

Dəstə başçısı Qarri Cizmecan uzun illər istintaq departamentində müstəntiq işlədiyi üçün polisin fikrini klinikalardan yayındıra bilib. 

Cinayətkarlar fırıldaqçılıqda və 13 tibbi cinayət epizodunda ittiham edilirlər. Hər bir epizod üzrə maksimum 10 il həbs cəzası ala bilərlər.