\
28 Mart 2024 - Cümə axşamı

Şəhidlərin xatirəsinə namaz qılındı - Fotolar

Şəhidlərin xatirəsinə namaz qılındı - Fotolar
1676baxış

27 sentyabr Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar Şuşada namaz qılınıb.

 

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli öz feysbuk hesabında paylaşım edib. O bildirib ki, namaz Yuxarı Gövhərağa məscidində qılınıb.

“Şəhidlərimizin müqəddəs ruhlarını Quran, namaz və dualarla yad etdik”, - deyə Hacı Şahin paylaşımında bildirib.

Qeyd edək ki, 2020-ci ildə 27 sentyabr - 9 noyabr aralığında baş vermiş II Qarabağ müharibəsi zamanı Azərbaycanın 3 minə yaxın hərbçisi şəhid olub. Şuşa noyabrın 8-də işğaldan azad edilib.