\
29 Mart 2024 - Cümə

Ermənilərin basdırdığı növbəti minalar zərərsizləşdirildi

Ermənilərin basdırdığı növbəti minalar zərərsizləşdirildi
1667baxış

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənməsi prosesi davam edir.

Mediapress.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Kəlbəcər rayonunun Alagöllər ərazisində aşkar edilən növbəti 259 ədəd piyada əleyhinə PMN-Э tipli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Sentyabrın 28-dək Kəlbəcər rayonunun Alagöllər ərazisi ümumilikdə 543 ədəd piyada əleyhinə PMN-Э və 8 ədəd tank əleyhinə TM-62M minasından təmizlənib”, - məlumatda deyilir.