\
8 Dekabr 2022 - Cümə axşamı

Müdafiə Nazirliyi açıqlama yaydı

Müdafiə Nazirliyi açıqlama yaydı
1379baxış

Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır.

Mediapress.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

"Belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır.

Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb", - deyə məlumatda bildirilir.